24 
May
2015
14:02
115
25
1701
Virtual karabakh

Sabah Bakıda 27 dərəcə isti olacaq

24 May, 2015
14:02
1701

Sabah Bakıda 27 dərəcə isti olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hava proqnozu.

Mayın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16°, gündüz 22-27° isti təşkil edəcək.

Azərbaycan rayonlarında hava gün ərzində əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16°, gündüz 22-27° isti təşkil edəcəyi gözlənilir. Dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacaq.
 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri