24 
May
2015
21:25
125
42
5375
Virtual karabakh

Hadı Rəcəbli: Azərbaycanlı qızlar hansısa oğlanla oturub-durmurlar

24 May, 2015
21:25
5375

Hadı Rəcəbli: Azərbaycanlı qızlar hansısa oğlanla oturub-durmurlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gözəl-göyçək bir qızın nikaha daxil olmasını 18 yaşda əngəlləyək?”.

Azərbaycanda erkən nikahla bağlı statistika reallığı göstərir. Yəni biz erkən nikahla bağlı nəyisə gizlətmirik. Avropalılar gedib özlərində bu statistikanı öyrənsinlər. Reallığı əks etdirən statistikanı. Avropada 15 yaşlı qızlar “boy friend” adı ilə vətəndaş nikahında yaşayırlar. 

Yaxşı olar ki, Azərbaycanda erkən nikahla bağlı statistikanı açıqlayanlar avropada “boy friend” adı ilə vətəndaş nikahında yaşayanların rəsmi qeydiyyatını aparsınlar".

Oxu.Az xəbər verir ki, bu sözləri Movqe.az-a Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli BMT-nin xüsusi məruzəçisi Raşida Mancunun ölkəmizdə erkən nikahla bağlı açıqladığı statistikaya və nikah yaşı ilə bağlı səsləndirdiyi fikirlərə münasibətində söyləyib. H.Rəcəbli deyib ki, Azərbaycanda daha nikah yaşını artırmağa ehtiyac yoxdur: 

“18 yaşı tamam olan qız fizioloji və bioloji baxımdan nikaha daxil olmaq üçün münasibdir. Biz nikah yaşını daha da artıraraq 18 yaşı tamam olan normal, gözəl-göyçək bir qızın nikaha daxil olmasını 18 yaşda əngəlləyək? Axı nəzərə almırlar ki, azərbaycanlı qızların “boy friend”ləri yoxdur. Onlar 15 yaşından hansısa oğlanla vətəndaş nikahında yaşamırlar. 

Hansısa oğlanla oturub-durmurlar. 18 yaşları tamam olanda normal şəkildə, qanunvericiliyə uyğun olaraq nikaha daxil olurlar. Avropalılar birinci getsinlər özlərində vətəndaş nikahı məsələsini tənzimləsinlər. Avropada azyaşlı qızlar hələ məktəb dövründən oğlanlarla cinsi münasibətdə olurlar. Bir neçə il belə, vətəndaş nikahı ilə yaşadıqdan sonra 33 yaşlarında da ailə qururlar. Avropalı qızların “boy friend”lərinin olduğunu həmin qızların valideynləri də bilirlər. Azərbaycanda erkən nikah hallarında artım yoxdur”.

Qeyd edək ki, Azərbaycanda qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələrini araşdıran BMT-nin xüsusi məruzəçisi Raşida Mancunun ölkəmizdə 2013-cü ildə 5000 azyaşlının erkən nikaha girdiyini açıqlayıb. Onun rəqəmlərinə görə, keçən il bu say 4000 olub. Xüsusi məruzəçi, Raşida Mancu zorakılığın səbəbləri və fəsadlarını aradan qaldırmaq üçün siyasi iradə və dövlət, qeyri-dövlət sektorun vəzifəsinin olduqca mühüm olduğunu deyib. 

“Qadına qarşı zorakılığa insan haqları, vətəndaş və siyasi, iqtisadi, sosial-mədəni haqları prizmasından yanaşmaq lazımdır. Bu kompleks yanaşma olduğu təqdirdə qadınlara qarşı zorakılığın yerli-dibli ləvği istiqamətində işlərin aparılmasından söhbət etmək olar”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri