27 
May
2015
20:22
87
71
5117
Virtual karabakh

Leyla Əliyevanın baş redaktorluğu ilə dərs vəsaiti nəşr olundu – FOTO

27 May, 2015
20:22
5117

Leyla Əliyevanın baş redaktorluğu ilə dərs vəsaiti nəşr olundu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İştirakçılara “Ekoloji Menecment” dərs vəsaitinin nüsxələri paylanılıb.

Mayın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın baş redaktorluğu və IDEA İctimai Birliyi, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə nəşr edilmiş iki cildlik “Ekoloji Menecment” dərs vəsaitinin ictimaiyyət üçün təqdimatı olub.

Heydər Əliyev Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, kitab ətraf mühit, ekologiya və davamlı inkişaf sahələrində təhsil alan tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, qeyd edilən sahələrdə çalışanlar üçün də stolüstü kitab kimi xüsusi əhəmiyyət daşıyır.

“Ekoloji Menecment” kitabı ümumi ekologiyanın əsasları ilə yanaşı, biosenozlar, eko-sistemlər, maddələr dövranı, ekoloji amillər, canlı aləm, qlobal ekoloji problemlər, ətraf mühit və insan sağlamlığı, təbiəti mühafizənin ekoloji prinsipləri, ətraf mühitin keyfiyyətinin mühafizəsinin hüquqi əsasları və cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası kimi vacib mövzuları əhatə edir. Heydər Əliyev Mərkəzində keçirilən təqdimatda bir sıra dövlət qurumları nümayəndələri, ali təhsil müəssisələrinin tələbə və müəllimləri, həmçinin özəl şirkətlər və vətəndaş cəmiyyəti üzvləri iştirak edib. 

Çıxış edən təbdir iştirakçıları Azərbaycan dilində hazırlanan “Ekoloji Menecment” kitabının ətraf mühit sahəsində təhsil alan və bu sahədə çalışan şəxslərin qabaqcıl dünya təcrübəsi ilə tanışlığı baxımından əhəmiyyətli olduğunu bildirib.

Tədbirin sonunda iştirakçılara “Ekoloji Menecment” dərs vəsaitinin nüsxələri paylanılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri