11 
İyn
2015
12:13
131
47
2015
Virtual karabakh

Novruz Məmmədov: Dünya Azərbaycanın qüdrətinin şahidi olacaq

11 İyn, 2015
12:13
2015

Novruz Məmmədov: Dünya Azərbaycanın qüdrətinin şahidi olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropalı diplomatlar heyran qalıblar”.

Sabah bütün dünya I Avropa Oyunlarının Ana Vətəni olan Azərbaycanın qüdrətinin və inkişafının bir daha şahidi olacaq.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” hesabında yazıb.

“Bu hadisə həm Azərbaycan, həm də dünya idmanı üçün tarixi hadisə olacaqdır. Avropalı diplomatlar Azərbaycanın qısa müddətdə bu cür mötəbər tədbiri yüksək səviyyədə təşkil etməsinə heyran qalıblar.

Bu hadisə müxtəlif ölkələrin xalqlarının Azərbaycanı daha yaxından tanımasına və onunla yaxınlaşmasına öz töhfəsini verəcəkdir”, - o qeyd edib.

Novruz Məmmədov əmindir ki, Azərbaycanın əsl idman ölkəsi olduğunu bizim atletlərimiz öz uğurlu çıxışları ilə bir daha sübut edəcəklər.

“Mən I Avropa Oyunlarında iştirak edən bütün idmançılara uğurlar arzulayıram!”, - o yazıb. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri