11 
İyn
2015
14:44
111
355
55381
Virtual karabakh

Avstriyalı idmançılar Bakıda qəzaya uğradılar

11 İyn, 2015
14:44
55381

Avstriyalı idmançılar Bakıda qəzaya uğradılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BEGOC məlumat yaydı.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) tibb xidməti bu gün səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəza ilə bağlı açıqlama verib.

Oxu.Az BEGOC-un rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər avstriyalı idmançı dərhal xəstəxanaya yerləşdirilib.

“BEGOC bütün idmançıların təhlükəsizliyini və sağlamlığını ən vacib məsələ hesab edir. Hal-hazırda bununla bağlı ətraflı məlumat verə bilmirik. Daha təfsilatlı informasiya gün ərzində təmin ediləcək”.

Qeyd edək ki, bəzi yerli KİV-də yayılan məlumata görə, qəza bu gün səhər saatlarında baş verib. BEGOC-a məxsus avtobus Atletlər kəndinin yaxınlığında qəzaya uğrayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri