23 
İyn
2015
19:31
44
126
8829
Virtual karabakh

Oyunlardan sonra “Sarı zolaq” ictimai nəqliyyat üçün verilə bilər? - RƏY

23 İyn, 2015
19:31
8829

Oyunlardan sonra “Sarı zolaq” ictimai nəqliyyat üçün verilə bilər? - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əksər Avropa ölkələrində xüsusi fərqləndirilmiş hərəkət zolaqları var”.

Hazırda Avropa Oyunları zamanı Bakıda nəqliyyatın hərəkətini optimallaşdırmaq məqsədi ilə bir çox üsullardan istifadə edilir: rayon qeydiyyatında olan avtomobillərin paytaxta daxil olmasına müəyyən məhdudiyyətlər qoyulub, “sarı zolaq” çəkilib, rayondan gələn avtomobillər üçün sərfəli dayanacaqlar istifadəyə verilib, sürücülərə fərdi nəqliyyat vasitələrindən istifadə etməmək barədə çağırış edilib, vaxtaşırı müəyyən yollarda avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulur. Bütün bu tədbirlər nəticəsində paytaxtda avtomobil sıxlığı azalıb. 

Bəs Avropa Oyunları bitəndən sonra bu yenilikləri qüvvədə saxlamaq lazımdırmı? Misal üçün: I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqlar oyunlar bitəndən sonra operativ nəqliyyat vasitələri hesab olunan polis, təcili tibbi yardım, yanğınsöndürən maşınları və ictimai nəqliyyatın hərəkəti üçün istifadəyə verilə bilərmi? Və bu nə qədər düzgündür?
 
Bəzi sualları aydınlaşdırmaq üçün yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovla əlaqə saxladıq.
 
Ekspert Oxu.Az-a bildirdi ki, Avropa Oyunları bitəndən sonra “Oyunlar zolağı”nı xüsusi fərqləndirilmiş hərəkət zolaqları kimi saxlamaq mümkündür, lakin o məzmunda yox. 
 
“Əksər Avropa ölkələrində xüsusi fərqləndirilmiş hərəkət zolaqları var. Lakin həmin ölkələrdə bu zolaqlar operativ nəqliyyat vasitələri üçün yox, ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulub.

Bu zolaqların çəkilməsində əsas məqsəd sərnişin daşıyan nəqliyyat vasitələrinin hərəkətini maneəsiz, yüksək səviyyədə təşkil etməkdir. Üstəgəl yol hərəkəti qaydaları imkan verir ki, zəruriyyət olduğu halda operativ nəqliyyat vasitəsi hesab olunan avtomobillər həmin zolaqdan istifadə etsinlər”. 

 
Ərşad Hüseynovun sözlərinə görə, ictimai nəqliyyat üçün xüsusi fərqləndirilmiş hərəkət zolaqlarını Bakının bəzi küçələrində tətbiq etmək olar. 
 
“Qeyd etməliyəm ki, ictimai nəqliyyat vasitələri üçün xüsusi fərqləndirilmiş hərəkət zolaqları “Oyunlar zolağı” məzmunda ola bilməz. Həmin zolaqlara başqa cürə nişanlar vurulur, onlar yolun ən sağ hərəkət hissəsində yaradılır. Əlavə olaraq əsas şərt kimi eyni istiqamətdə ən azı üç zolaq olması göstərilir.

Yəni iki və bir zolaqlı yollarda bunu etmək düzgün deyil. Buna görə Bakıda ictimai nəqliyyat üçün xüsusi fərqləndirilmiş hərəkət zolaqlarının 10-15 küçədə olması mümkündür. Həmçinin yolun sağında ictimai nəqliyyat üçün zolaq yaradılırsa həmin zolaqda optimallaşdırma işləri aparmaq lazımdır: “dayanma” “durma”nı qadağan etmək və s. məsələlər.


 
Hüquqşünas bildirib ki, Bakıda sovet dövründə ictimai nəqliyyat üçün xüsusi fərqləndirilmiş hərəkət zolaqları mövcud olub. 
 

“Sovet dövründə ictimai nəqliyyat üçün xüsusi fərqləndirilmiş hərəkət zolaqları var idi. Misal üçün həmin zolaqlardan biri keçmiş Lenin prospektində (indiki Azadlıq prospekti) olub.
 
Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri