İyl
2015
12:00
62
18
4891
Virtual karabakh

Ekspert “sarı zolaq”da yük avtomobillərinə qoyulan qadağadan danışdı – FOTO

1 İyl, 2015
12:00
4891

Ekspert “sarı zolaq”da yük avtomobillərinə qoyulan qadağadan danışdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu qərarın xüsusi əhəmiyyəti olmayacaq”.

Xəbər verdiyimiz kimi, Avropa Oyunları zolağında minik avtomobillərinin hərəkətinə icazə verilib, yük avtomobillərinin hərəkəti isə qadağan olunub və həmin zolaqda hərəkət edən yük avtomobilləri 40 manat cərimə olunacaq. 

Məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Oxu.Az-a bildirib ki, qəbul edilən qərarın heç bir məntiqi yoxdur və xüsusi əhəmiyyəti olmayacaq.

Ekspert hesab edir ki, “sarı zolaq”da yük avtomobillərinin hərəkətini qadağan edən nişan qanunvericiliyə uyğun olaraq qoyulmayıb:

“3.4 “Yük avtomobillərinin hərəkəti qadağandır” nişanı və istənilən başqa nişan yollara qanunvericilikdə göstərilən şərtlərə uyğun qoyulmalıdır, özü də mütləq Yol hərəkəti təhlükəsizliyi komissiyasının qərarı əsasında. Həm də nişanı yolun ortasından qoymurlar, qabaqcadan, yolun başlanğıcında qoyurlar, yaxud xəbərdarlıq nişanı qoyurlar ki, qabaqda filan avtomobillərin bu zolaqla hərəkəti qadağan olacaq. Hər bir halda nişanı necə gəldi qoymurlar, yol hərəkətinin təşkili qaydası var, hərəkət şəraitinin optimallığı var, səmərəlilik var, məntiq var...”.

Ərşad Hüseynov qeyd edib ki, “sarı zolaq”da yük avtomobillərinin hərəkətinin qadağan edilməsi şəhərdə sıxlığın aradan qaldırılmasına minimum təsir edəcək:

“Bu qərarın xüsusi əhəmiyyəti olmayacaq. Çünki Prezidentin sərəncamına əsasən, Bakıya 5 tondan ağır yük avtomobillərinin girişi saat 8:00 - 21:00 aralığında qadağandır. Ayrıca bir zolaqda yük avtomobilinin hərəkətini qadağan etmək sıxlığı aradan qaldırmaqdan daha çox, təhlükəsizlik üçündür”.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri