İyl
2015
15:34
84
20
7126
Virtual karabakh

Azərbaycanda qəbul imtahanı keçirilib - YENİLƏNİB

2 İyl, 2015
15:34
7126

Azərbaycanda qəbul imtahanı keçirilib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

TQDK məlumat yayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 2-də qəbul və buraxılış imtahanları keçirib.
 
TQDK-nın mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) qəbul imtahanı, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanı və eksternat qaydada buraxılış imtahanı keçirilib.
 
Bütün imtahan mərkəzlərində imtahanlar təlimata uyğun olaraq keçirilib, şagird və abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
 
İyulun 3-dən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq. Nəticələr yaxın günlərdə elan olunacaq. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın “Facebook” səhifəsində yerləşdiriləcək. 
 
Qeyd edək ki, bu imtahanlarda bir düzgün cavab 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticələrinə təsir etmir.

09:16

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul və buraxılış imtahanları keçirir.

TQDK-nın mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, imtahanlar bütövlükdə respublikanın 14 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda 64 imtahan mərkəzində təşkil olunacaq və bütün binalarda eyni vaxtda - saat 10-da başlanacaq. 
 
İmtahanların idarə olunması üçün 314 imtahan rəhbəri, 2742 nəzarətçi-müəllim ayrılıb.
 
Ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanlarında iştirak etmək üçün 16150 abituriyent müraciət edib.
 
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün qəbul imtahanında iştirak etmək üçün 12941 abituriyent qeydiyyatdan keçib.
 
Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş şagirdlər, həmçinin üzrlü səbəbdən 2015-ci ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər üçün buraxılış imtahanında 1142 nəfər IX sinif şagirdinin, 3510 XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri