İyl
2015
19:25
43
178
6420
Virtual karabakh

Bakının bəzi hissələrində nəqliyyatın hərəkəti ümumiyyətlə qadağan oluna bilər

2 İyl, 2015
19:25
6420

Bakının bəzi hissələrində nəqliyyatın hərəkəti ümumiyyətlə qadağan oluna bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təkliflər irəli sürünüb.

Bakıda nəqliyyatın hərəkətində sıxlığı aradan qaldırmaq və şəhərin ekoloji vəziyyətini normallaşdırmaq üçün Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim olunan bəzi təkliflərin təfərrüatları məlum olub.

Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, təkliflər sırasında dünya praktikasında olduğu kimi, dövlət qeydiyyat nömrəsindəki tək və cüt rəqəmlərə görə avtomobillərin hərəkətinin tənzimlənməsi də var. Belə ki, həftənin cüt günləri dövlət qeydiyyat nömrəsi tək rəqəmlə bitən avtomobillərin, tək günlərdə isə cüt rəqəmlə bitən avtomobillərin şəhərin mərkəzində hərəkətinə icazə veriləcək.

Digər bir təklif şəhərdə nəqliyyatın hərəkətinin sıx olduğu ərazilərdə avtomobillərin hərəkətinə ümumiyyətlə qadağa qoymaqdır.

Təkliflərdən biri isə Bakı qeydiyyatı olmayan avtomobillərin paytaxta qrafiklə saat 22:00-dan səhər saat 07:00-a qədər buraxılmasıdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri