İyl
2015
14:34
17
348
17965
Virtual karabakh

Gürcüstanda Azərbaycana qarşı təxribat – FOTO

3 İyl, 2015
14:34
17965

Gürcüstanda Azərbaycana qarşı təxribat – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz 1921-ci ildə Zaqatala və Qaxı xatırlayırıq”.

Tiflisdə Azərbaycanın “Qəbələ” və Gürcüstanın “Dinamo” futbol komandaları arasındakı görüşdə xoşagəlməz məqam yaşanıb.

Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə gürcü fanatların üzərində “Biz 1921-ci ildə Zaqatala və Qaxı xatırlayırıq” yazısı olan plakat asdığını əks etdirən fotoşəkil yayılıb.

Həmin plakat yalnız UEFA rəsmilərinin müdafiləsindən sonra götürülüb. 

Xatırladaq ki, bu, artıq ilk belə hal deyil.

Belə ki, 2014-cü iyulun 31-i Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda - “Bakcell Arena” stadionunda keçirilən “Neftçi” – “Çixura” (Gürcüstan) oyununda da buna bənzər insident yaşanmışdı.

Həmin plakat

Tribunada gürcü klubunun azarkeşləri Zaqatala və Qax rayonlarını Gürcüstan ərazisi kimi təsvir edən plakat qaldırılmışdılar.

O zaman Gürcüstan xarici işlər naziri Maya Pandjikidze “Neftçi” və “Çixura” oyununda baş verən insidentlə bağlı bəyanat vermişdi.

Pandjikidze bu insidentin iki ölkə arasındakı dostluq əlaqələrini korlamağa çalışan təxribatçılar tərəfindən təşkil edildiyini bildirmişdi.

Foto: Vüqar Vüqarlı

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri