İyl
2015
22:18
73
16
1585
Virtual karabakh

Xəzəryanı ölkələrin HDQ-nin komandanları görüşəcəklər

3 İyl, 2015
22:18
1585

Xəzəryanı ölkələrin HDQ-nin komandanları görüşəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiya  Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanı Viktor Çirkov Azərbaycan, İran və Qazaxıstan  HDQ komandanları ilə Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması ilə bağlı oktyabrda Rusiyada məsləhətləşmələrin aparılmasına dair razılığa gəlib. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Məlumata görə,  Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması məsələsi Sankt Peterburq Beynəlxalq Hərbi-Dəniz Salonu çərçivəsində admiral Çirkovun Azərbaycan, İran və Qazaxıstanın nümayəndə heyətləri ilə keçirdiyi işgüzar görüşü zamanı müzakirə olunub.  
 
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı tərəflər məşvərətçi orqan olacaq  Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin Komandanları Komitəsinin təsis olunmasının və Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Sazişin  imzalanmasının mümkünlüyünü müzakirə ediblər.    
 
“Rusiya  Hərbi Dəniz Qüvvələrinin baş komandanı Viktor Çirkov ilə görüş zamanı nümayəndə heyətləri qeyd olunan istiqamətlər üzrə bundan sonra da birgə işləməyə hazır olduqlarını bildiriblər və oktyabrda Rusiyada müvafiq məsləhətləşmələrin birinci raundunun keçirilməsinə dair razılığa gəliblər”, deyə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri