İyl
2015
18:17
21
270
15005
Virtual karabakh

Məşhur rusiyalı milyoner Qarabağa köçdü - FOTO

6 İyl, 2015
18:17
15005

Məşhur rusiyalı milyoner Qarabağa köçdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həyat yoldaşı və uşaqları ilə bərabər.

Məşhur rusiyalı milyoner German Sterliqov və onun ailəsi – həyat yoldaşı Alena və beş övladı Rusiyadan üç həftə öncə gediblər.

Onların yeni yaşayış yeri Azərbaycanın işğal edilmiş ərazisi – Qarabağdı, Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir.

“İndi biz Germanın təsərrüfatını satırıq, - milyonerin yardımçısı Polina təsdiq edib. – Hələlik heyvanları: inək, qoyun, atların bir qismini satırıq. Ev və torpaq sahələri haqqında German Lvoviçdən sərəncam gəlməyib”.

Bununla yanaşı, Sterliqova məxsus müəssisə çörək bişirməyə və süd məhsulları istehsal etməyə davam edir.

“Bloknot”a məlum olduğu kimi, 48 yaşlı German Sterliqov yeni yaşayış yerində artıq ekoloji təmiz məhsulların istehsalı üçün yeni təsərrüfat yaratmağa başlayıb.

Milyonerin ailəsinin yaşayış ölkəsini dəyişməyə sövq edən səbəblər haqqında köməkçilər danışa bilməyiblər, yalnız German Sterliqovun həftədə bir dəfə zəng edərək, cari işlər barədə məlumat aldığını və yeni göstərişlər verdiyini deyiblər.

Ekstravaqant milyoner Sterliqov 1990-cı ildə ölkədə ilk əmtəə-xammal birjası “Alisa”nı yaratmaqla məşhur olub.

1993-cü ildə “Alisa” artıq iri holdinqə çevrildi, onun Rusiyada və xaricdə 84 törəmə firması mövcud idi.

2002-ci ildə German Sterliqov Krasonyarsk vilayətinin qubernatoru vəzifəsinə namizəd oldu. Bir il sonra isə Moskva meri postuna namizədliyini irəli sürdü.

2005-ci ildə German Sterliqov ailəsi ilə bərabər Rublevkada evini sataraq, Moskva ətrafında Mojaysk rayonunda torpaq sahəsi alaraq, təsərrüfatla məşğul olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri