13 
Fev
2024
12:26
326
28
7781
Virtual karabakh

“TikTok”da məşhurlaşan Adəm Mirzəyevin atası CƏZALANDIRILDI - VİDEO

13 Fev, 2024
12:26
7781

“TikTok”da məşhurlaşan Adəm Mirzəyevin atası CƏZALANDIRILDI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TikTok” sosial şəbəkəsində 9 yaşlı övladı Adəm Mirzəyevlə canlı yayımlara çıxan və videolar paylaşan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev barəsində tədbir görülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.

O bildirib ki, azyaşlı və yeniyetmələrlə bağlı məsələlərə həssaslıqla yanaşılır:

“Ağcabədi rayon Hüsülü kəndində yaşayan azyaşlı Adəmin “TikTok” sosial şəbəkəsində atası ilə paylaşdığı neqativ videolarla bağlı tədbirlər görülüb. 

Övladının təlim-tərbiyəsi ilə ciddi şəkildə məşğul olmayan valideyn barəsində protokol tərtib olunaraq rayon icra hakimiyyətinin müvafiq komissiyasına göndərilib”.

Qeyd edək ki, 9 yaşlı Adəm Mirzəyevin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Xatırladaq ki, daha əvvəl Adəm Mirzəyevin söyüş söydüyü videosunu paylaşan həmkəndlisi Samir Ələsgərov həbs edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri