12 
İyl
2015
22:43
140
279
17928
Virtual karabakh

Bakıda könüllülərin paradı keçirildi - YENİLƏNİB + FOTO

12 İyl, 2015
22:43
17928

Bakıda könüllülərin paradı keçirildi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 min könüllü iştirak edib.

Bu gün Bakıda I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunan xüsusi tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, tədbir I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunub. 

Yürüş “Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında keçirilib. Yürüşdə 15 min könüllü iştirak edib. Axşam saat 8-də Bayraq meydanı yaxınlığından start götürən yürüş Dənizkənarı Milli Parkda “Saat qülləsi”nin yanında yekunlaşıb. 

Yürüşün təşəbbüskarları Gənclər və İdman Nazirliyi və “Bakı 2015”Аvropa Oyunlarının Əməliyyat Komitəsidir (BEGOC). 

Hazırda Bakı bulvarında “Saat qülləsi”nin yanında konsert proqramı keçirilir.

16:40

Bu gün saat 20:00-da “Bakı 2015” I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunan xüsusi tədbir keçiriləcək. 

Oxu.Az xəbər verir ki, tədbirin təşəbbüskarları Gənclər və İdman Nazirliyi və “Bakı 2015”Аvropa Oyunlarının Əməliyyat Komitəsidir (BEGOC).

“Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında keçiriləcək tədbir iki hissədən ibarət olacaq.

Tədbirin birinci hissəsində Azərbaycan milli yığmasının idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə “Bakı 2015” paradı baş tutacaq. 

Parad 20:00-da Əl Oyunları Sarayından başlayaraq Dənizkənarı Milli Parkda “Saat qülləsi”nin yanında yekunlaşacaq.

Parad xüsusi konsert proqramı ilə davam edəcək. Konsert proqramı saat 21:00-da “Saat qülləsi”nin yanında başlayacaq və estrada ulduzlarının iştirakı ilə davam edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri