Mar
2024
20:12
519
491
14384
Virtual karabakh

Salyanda 11-ci sinif şagirdi ana oldu - YENİLƏNİB

3 Mar, 2024
20:12
14384

Salyanda 11-ci sinif şagirdi ana oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah hallarının qeydə alınması ilə bağlı ərazi üzrə polis orqanında araşdırmalara başlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, məsələ nəzarətə götürülüb və müvafiq araşdırmalar aparılır.

19:52

Salyan rayon Pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” hesabında paylaşım edib. O bildirib ki, məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib. 

Bundan başqa, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adları qeyd olunur və qiymətləri yazılır. Bununla bağlı məktəbin direktorunun işi regional təhsil şöbəsi tərəfindən araşdırılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məsələnin nəzarətə götürüldüyünü və araşdırma aparıldığını bildirib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri