27 
İyl
2015
10:08
158
259
13229
Virtual karabakh

Bakıda ilk: Şortik festivalı keçiriləcək – FOTO

27 İyl, 2015
10:08
13229

Bakıda ilk: Şortik festivalı keçiriləcək – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə də şortik geyinənlərə dəstək kampaniyası keçirilir.

Avqustun 2-si Bakıda ilk dəfə şortikə həsr olunmuş yürüyüş festivalı keçiriləcək.

Oxu.Az xəbər verir ki, Flashmob Azerbaijan tərəfindən keçirilən festivalın əsas məqsədi şortik geyinən insanlara dəstək olmaqdır.

Təşkilatçıların verdiyi məlumata görə, yürüşdə hər kəs iştirak edə bilər. İştirakçılar festivala nə “brici”, nə qısa şalvarda, yalnız dizdən uzun olmayan şortda gəlməlidirlər.

Oxu.Az festivalın marşrutunu təqdim edir:

1. TOPLAŞMA: Dənizkənarı Bulvar. Saat 19:00-19:15, Saat qülləsi ilə üzbəüz.

2. Dəniz kənarından başlayıb, Saat qülləsindən sola dönüb, parkın mərkəzi ilə Kukla teatrına tərəf gediləcək. 

3. Yeraltı keçid ilə Nizami küçəsinə (Tarqovı) keçiləcək.

4. Azərbaycan kinoteatrı istiqamətində hərəkət ediləcək.

5. Sonra “KFC”, “McDonalds”, “Şaurma” istiqamətində gediləcək.

6. Yeraltı keçid, Kontinental.

7. Sahil parkı. SONUNCU dayanacaq.

Qeyd edək ki, son günlərdə sosial şəbəkələrdə şortik geyinənlərə dəstək kampaniyası keçirilir. Belə ki, sosial şəbəkə istifadəçiləri şortiklə şəkil çəkdirərək #MənŞortGeyinirəm haştaqları ilə paylaşımlar edirlər.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri