17 
Apr
2024
12:50
189
43
7415
Virtual karabakh

Hadı Rəcəblinin oğlu atasının ölümünün əsas səbəbini açıqladı

17 Apr, 2024
12:50
7415

Hadı Rəcəblinin oğlu atasının ölümünün əsas səbəbini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Atam 30 dəqiqə içərisində vəfat etdi”.

Oxu.Az xəbər verir ki, bu sözləri mərhum sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəblinin vida mərasimi zamanı oğlu Vüsal Rəcəbli deyib.

O qeyd edib ki, atası ağciyərində yaranan problemdən dünyasını dəyişib:

“Həkimlərin verdiyi rəyə görə, ağciyərində tromb olub. Ürəyinə təsir edib. Qısa zamanda biz onu itirdik. Səhər saatlarında oyanıb, narahatlıq hiss edib, 30 dəqiqə içərisində vəfat edib. Kifayət qədər sağlam və gümrah idi. Gözlənilməz oldu. Biz bunu gözləmirdik. İnana bilmirik. O, bizim üçün hər zaman örnək olub.

COVID-19-un fəsadları ola bilər ki, üzə verdi. Onun itkisinə inana bilmirik”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri