17 
Apr
2024
18:32
27
134
3689
Virtual karabakh

Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO

17 Apr, 2024
18:32
3689

Bakıda yol polisindən qaçmağa çalışan “Porsche” sürücüsündən təhlükəli manevrlər - ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda sürücü yol polisinə tabe olmayıb.

“Unikal”ın məlumatına görə, hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, yol polisi tərəfindən 77-AN-705 dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı avtomobilə “saxla” əmri verilməsinə baxmayaraq, sürücü polis əməkdaşlarına tabe olmayıb. 

O, avtomobili səki üzərinə çıxarıb və təhlükəli manevrlər edərək yol polisindən qaçmağa çalışıb.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, sözügedən nəqliyyat vasitəsi saxlanılıb və mühafizə olunan duracağa yerləşdirilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri