18 
Apr
2024
11:42
11
139
1233
Virtual karabakh

Hacıqabulda gənc qız itkin düşüb

18 Apr, 2024
11:42
1233

Hacıqabulda gənc qız itkin düşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacıqabulda gənc qız itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, Hacıqabul rayon sakini, 21 yaşlı Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

T.Təhməzovanın əlamətləri: boyu 171 sm, qara saçlı, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir.

Evdən çıxan zaman üzərində göy rəngli gödəkcə, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə və ya Hacıqabul Rayon Polis Şöbəsinə (055-717-87-84) nömrəsinə məlumat vermələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri