19 
Apr
2024
18:16
98
4
1001
yuxarı
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr, 2024
18:16
1001
98
4
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmaları barədə məlumat daxil olub.
FHN-in Mətbuat Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2013 və 2020-ci il təvəllüdlü azyaşlıları xilas ediblər.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək