20 
Apr
2024
20:05
34
238
5172
Virtual karabakh

Bakıda əyləncə mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB + VİDEO

20 Apr, 2024
20:05
5172

Bakıda əyləncə mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının 7-ci mikrorayon ərazisində yerləşən əyləncə mərkəzindəki yanğının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) baku.ws-ə bildirilib ki, hadisə binanın beşinci mərtəbəsində baş verib.

“Havalandırma matorunda qısaqapanma olub. Ani alovlanma baş verib. Əməkdaşlar tərəfindən baş verə biləcək yanğının qarşısı alınıb. FHN-in Yanğınla mübarizə qüvvələri əraziyə cəlb olunsa da, müdaxiləyə ehtiyac olmayıb”.

16:21

Bakının 7-ci mikrorayonu ərazisində yanğın başlayıb.

Oxu.Az-ın məlumatına görə, metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığında yerləşən beşmərtəbəli əyləncə mərkəzinin yuxarı mərtəbəsindən qatı tüstü qalxır.

Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb: 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri