30 
İyl
2015
15:25
99
98
12244
Virtual karabakh

Azərbaycanda çəkələk geyinən sürücülərə – XƏBƏRDARLIQ

30 İyl, 2015
15:25
12244

Azərbaycanda çəkələk geyinən sürücülərə – XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heç kəsə göz yuman deyilik”.

Çimərliklərdən şəhər istiqamətinə, və ya əksinə yollarda baş vermiş qəzaların təhlilinə nəzər salanda görürük ki, əksər hadisə məhz sürücülərin çəkələklərdən istifadə etməsi nəticəsində baş verib.

Bunu Oxu.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, çəkələklə avtomobil idarə edənlərə qarşı sərt cəzalar tətbiq olunacaq.

O bildirib ki, son 10 gündə çəkələklərlə avtomobil idarə edən sürücülər tərəfindən 11-ə yaxın yol qəza hadisəsi törədilib. O, bu cür halların yolverilməz olduğunu və sürücüləri avtomobili idarə edərkən daha diqqətli olmağa çağırıb. 

Şöbə rəisi bildirib ki, artıq çimərlik və istirahət zonaları istiqamətində polis gücləndirilmiş iş rejimində çalışır. Əsədov çəkələklərlə avtomobil idarə edən sürücülərə qarşı müvafiq tədbirlərin görülməsini istisna etmir:

“Çəkələklərlə avtomobil idarə edən sürücülərə qarşı müvafiq tədbirlər görüləcək. Sürücülərin məsuliyyətə cəlb olunması əsas deyil, əsas bunun mahiyyətini anlamaqdır. Bir daha qeyd edirəm ki, sürücülər belə addımlar atmasınlar. Biz reydlərə başlayacağıq. Bu cür hallarla rastlaşdığımız zaman heç kəsə göz yuman deyilik”.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri