23 
Apr
2024
12:45
25
362
8196
Virtual karabakh

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

23 Apr, 2024
12:45
8196

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir.

Daha bir məqam isə özünü asaraq intihar edən qızın qardaşı - Bəhruz Quliyevin 1992-ci il şəhidi olmasıdır. Qardaşı şəhid olduğuna görə onun adını yaşatması üçün bacısına Bəhruzə adını veriblər. Ailənin yaşadığı küçə də məhz şəhid Bəhruz Quliyevin adını daşıyır. 

Onun nişanlısının yanında, Cığatelli kəndində dəfn olunacağı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

10:02

Qəbələdə 20 yaşlı qız özünü asıb.

Oxu.Az xəbər verir ki, hadisə Qəbələ rayonu, Bum qəsəbəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Bəhruzə Quliyeva özünü tövlədə asaraq, intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Almaz Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri