24 
Apr
2024
18:16
14
86
3742
Virtual karabakh

Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB

24 Apr, 2024
18:16
3742

Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Bakının Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, Binəqədi kəndi və Gülüstan yaşayış massivini təbii qazla təmin edən qaz xəttinin əsaslı təmir olunmuş hissəsinin mövcud qaz xəttinə qoşulması ilə əlaqədar aprelin 25-də saat 10:00-dan etibarən “Binəqədi(Novxanı QRS)” qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun bir hissəsinin (Binəqədi kəndi, 1, 2, 3-cü Mədən ərazisi, Gülüstan yaşayış massivinin 1-14-cü dalanları) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

17:58

Sabah Ucar, Zərdab, Beyləqan və Göyçay rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Göyçay rayonunun bir hissəsini təbii qazla təmin edən orta təzyiqli qaz xətlərində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülərək köhnə xətlərin ləğv edilməsi, “Beyləqan” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində filtrin quraşdırılması və “Qaz İxrac” İdarəsinə məxsus “Göyçay-Ucar” magistral qaz kəmərində nasaz siyirtmələrin dəyişdirilməsi ilə bağlı aprelin 25-də saat 09:00-dan işlər başa çatanadək “Ucar”, “Lək”, “Zərdab”, “Ucar Pambıq emalı zavodu”, “Zərdab asfalt beton zavodu”, “Göyçay-1 Əhali” ölçü qovşaqlarından ,“Göyçay 2” ölçü qovşağından qidalanan orta təzyiqli “Əhali” qaz xəttindən, saat 10:00-da isə “Beyləqan” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri aparılan müddətdə Ucar və Zərdab rayonlarının tam olaraq, Beyləqan və Göyçay rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri