26 
Apr
2024
13:15
79
5
685
Virtual karabakh

Vəkil: “Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır”

26 Apr, 2024
13:15
685

Vəkil: “Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın Beynəlxalq Məhkəməyə müraciətində əsas diqqət Ermənistanın 30 illik etnik təmizləmə və mədəniyyəti məhvetmə kampaniyasına aiddir. Buraya həm azərbaycanlıların zorla kollektiv şəkildə qovulması, daimi yaşayış yerlərindən köçürülməsi, həm də onların geri qayıtmasının qarşısını almaq üçün sonrakı tədbirlər daxildir”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Məhkəmədə Azərbaycanın hüquq-müdafiə heyətinin üzvü, hüquqşünas Von Lou (Vaughan Lowe) “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Azərbaycanın şifahi arqumentini təqdim edərkən deyib.

“Azərbaycan Ermənistanın 30 illik kampaniyanın çoxsaylı elementlərindən biri kimi əvvəllər işğal olunmuş ərazilərdə mina və mina tələləri quraşdırmasını, eləcə də ətraf mühitə ziyan vurmasını, təbii ehtiyatların məhv və talan edilməsini sübut kimi təqdim edib. Bu, Azərbaycanın 8 dekabr 2020-ci il tarixli məktubunda, Azərbaycanın 2021-ci ilin sentyabrında məhkəməyə təqdimatında, Azərbaycanın 2023-cü ilin yanvarında təqdim etdiyi təqdimatda və bu həftə təqdim olunan təqdimatlarda çox aydın şəkildə öz əksini tapıb”, - o vurğulayıb.

Vəkilin sözlərinə görə, birincisi, Azərbaycan əsas götürdüyü faktları, ikincisi, bu faktlarda göstərilən hərəkətlərlə İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD) müddəalarının pozulduğunu açıq şəkildə bəyan edib.

Vəkil əlavə edib ki, Azərbaycan tərəfinin iddiasında, Ermənistanın iddia etdiyi kimi, heç bir dəyişiklik yoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri