26 
Apr
2024
20:32
17
128
1361
yuxarı
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr, 2024
20:32
1361
17
128
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Penitensiar xidmətdən Oxu.Az-a verilən məlumata görə, məhkum Namiq Sədrəddin oğlu Cavadova bacısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,738 qram heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək