27 
Apr
2024
00:32
11
143
5030
Virtual karabakh

Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları

27 Apr, 2024
00:32
5030

Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son vaxtlar uşaqlarda yüksək hərarət, səpki, boğaz ağrısı simptomları tez-tez müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, bu cür simptomlarla bağlı müraciət edənlərin sayında da artım var.

Uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev bildirib ki, qızılca ilə oxşar simptomları olan bu xəstəliyin müalicəsində antibiotiklərdən istifadə edilməlidir:

“Bu infeksiya ağır xəstəlik deyil, lakin bəzən ağırlaşmalar yarana bilər. Bu ağırlaşmalar revmatizm və böyrəklərdə fəsadlarla özünü büruzə verə bilər”.

Məsələ ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən 10 saylı uşaq poliklinikasından bildirilib ki, ciddi yanaşılmalı, uşaqlarda olan yüngül boğaz ağrısına da əhəmiyyət verilməli, aidiyyəti üzrə poliklinikaya müraciət olunmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri