27 
Apr
2024
01:07
18
136
4886
Virtual karabakh

DİQQƏT: Daha bir yola bitum dağıldı - Təhlükəli vəziyyət yarandı + FOTO/VİDEO

27 Apr, 2024
01:07
4886

DİQQƏT: Daha bir yola bitum dağıldı - Təhlükəli vəziyyət yarandı + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının 8 Noyabr prospektində sürücülər üçün təhlükəli vəziyyət yaranıb.

Oxu.Az-ın məlumatına görə, bitum maddəsini daşıyan “KamAZ” markalı avtomobilin yolda təkəri qırılıb və hadisə nəticəsində sözügedən maddə yola dağılıb.

Prospektdə sıxlıq yaranıb. Bundan başqa, avtomobilin qırılan təkəri də yolun ortasında qalıb. Bu da, sürücülər üçün ciddi təhlükə yaradır.

Qeyd edək ki, sözügedən ərazidə sürücülər üçün xəbərdarlıqla bağlı heç bir nişan qoyulmayıb.

Xatırladaq ki, 6 aprel tarixində Bakı şəhəri, Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyası yaxınlığında yük avtomobilinin aşması nəticəsində yola yanğıntəhlükəli bitum dağılmışdı.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri