27 
Apr
2024
11:22
15
46
1414
Virtual karabakh

Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq

27 Apr, 2024
11:22
1414

Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

28 aprel saat 11:00-dan etibarən M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-cü kilometrlik hissəsində (Sabirabad rayonu ərazisində) yerüstü piyada keçidinin inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Oxu.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Qurumdan bildirilib ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri