27 
Apr
2024
13:00
43
81
3229
Virtual karabakh

Azərbaycanda makler və övladları bıçaqlandılar

27 Apr, 2024
13:00
3229

Azərbaycanda makler və övladları bıçaqlandılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir şəhərində makler və onun iki oğlu bıçaqlanıb. 

“Unikal”ın məlumatına görə, hadisə M.Maqomayev prospektində baş verib.

Daşınmaz əmlakın satışı ilə məşğul olan Canpolad Qarayevin, övladları Elvin və İbrahim Qarayevlərin Elvin Abdullayevlə aralarında baş verən mübahisə qanlı davaya çevrilib.

Ata, oğlanları və münaqişə iştirakçısı olan dördüncü şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, dörd nəfərin xəsarət alması ilə nəticələnən mübahisə ilə bağlı polisə məlumat daxil olub. Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri