28 
Apr
2024
18:48
27
223
6505
Virtual karabakh

Bakıda geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

28 Apr, 2024
18:48
6505

Bakıda geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Bakıda geomaqnit qasırğası olacaq.

Alimlər Günəşdə 16 ləkə qeydə alıblar.

Aşkarlanan ləkələr səbəbindən Yer kürəsidə çoxlu sayda “K-index 3” dərəcəli maqnit qasırğası baş verəcək.

Bakıda tufanların mayın 3-dək davam edəcəyi bildirilir.

Hazırda geomaqnit durum son dərəcə qeyri-sabit olaraq qalır. Alimlər Günəşin qadir olduğu ən güclü “X” sinfinə aid püskürmə ehtimalını istisna etmirlər.

Qeyd edək ki, maqnit qasırğaları insanlara müxtəlif yollarla təsir edir. Bu zaman meteohəssas və xroniki xəstəliyi olan insanlar, eləcə də yaşlılar daha həssas olurlar. Baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq kimi hallar müşahidə edilir. Proses tamamilə sağlam insanlardan da təsirsiz ötüşmür, qəfil qan təzyiqinin yüksəlməsi halları ilə qarşılaşılır.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

Mənbə: kumertime.info

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri