28 
Apr
2024
19:48
12
186
1250
Virtual karabakh

Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO

28 Apr, 2024
19:48
1250

Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçalada 46 yaşlı kişi süni göldə batıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Neftçala şəhərində bir nəfərin süni göldə batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəlb edilib.

Dalğıc qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində 1978-ci il təvəllüdlü Azad Tahir oğlu Nəcəfovun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Həmin görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri