29 
Apr
2024
15:11
14
395
9868
Virtual karabakh

TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

29 Apr, 2024
15:11
9868

TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxda minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Vüsal İntiqam oğlu İsmayılovun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib: 

“Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir”.

13:58

Qazaxda minaya düşən DSX əməkdaşının kimliyi açıqlanıb. 

Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 29-da Qazax rayonunun Quşçu Ayrım kəndinin əvvəllər Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş hissəsində mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Vüsal İntiqam oğlu İsmayılovun ayağından xəsarət alması faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda araşdırma aparılır.

12:47

Qazaxda minaya düşən DSX əməkdaşının vəziyyəti açıqlanıb. 

Bu barədə “Report”a Qazax Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, mina partlayışı nəticəsində xəsarət alan şəxs artıq əməliyyat edilib, onun bir neçə ayaq barmağı amputasiya olunub.

Xəsarət alan şəxsin durumu stabildir.

12:22

Qazax rayonu ərazisində mina hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, mina partlaması nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı xəsarət alıb. 

O, xəstəxanaya yerləşdirilib.

Aytac Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri