29 
Apr
2024
18:29
8
114
1019
Virtual karabakh

Neftçalada yük və minik avtomobilləri toqquşub: Xəsarət alanlar var - YENİLƏNİB

29 Apr, 2024
18:29
1019

Neftçalada yük və minik avtomobilləri toqquşub: Xəsarət alanlar var - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçalada minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə rayonun Həsənabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili “KAMaz” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan rayon sakini, 1994-cü il təvəllüdlü Aqşin Namiq oğlu Əzizov və onun həyat yoldaşı, 2002-ci il təvəllüdlü Günel Aydın qızı Əzizova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

17:18

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Neftçala rayonunun Həsənabad qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Bu barədə Oxu.Az-a FHN-dən bildirilib.

Vurğulanıb ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “ZiL” markalı yük avtomobili ilə VAZ markalı minik avtomobili ilə toqquşub, bir nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində minik avtomobilində sıxılı vəziyyətdə qalan şəxs deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri