29 
Apr
2024
19:49
105
193
8756
Virtual karabakh

Azərbaycanda məktəbdən sonra yoxa çıxan azyaşlı tapıldı - YENİLƏNİB

29 Apr, 2024
19:49
8756

Azərbaycanda məktəbdən sonra yoxa çıxan azyaşlı tapıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda bu gün itkin düşən 12-ci mikrorayon sakini doqquz yaşlı Yasin Hüseynli tapılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məktəbli Sumqayıt şəhər 28 nömrəli məktəbin həyətindən tapıb.

Qeyd edək ki, azyaşlı Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinin üçüncü sinif şagirdidir.

19:12

Sumqayıtda azyaşlı itkin düşüb.

Oxu.Az xəbər verir ki, hadisə 12-ci mikrorayon ərazisində baş verib.

Doqquz yaşlı Yasin Hüseynli məktəbdən çıxıb, lakin evə qayıtmayıb. Onun əynində məktəbli forması olub.

Qeyd edək ki, azyaşlı Qubadlı rayon Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinin üçüncü sinif şagirdidir.

Azyaşlını görən və ya barəsində hər hansı məlumatı olan şəxslərdən (070) 959-90-88 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri