29 
Apr
2024
21:44
25
126
2057
yuxarı
Qəsəbə sakinləri: “13 ildir kanalizasiya problemi həll olunmur” - VİDEO
29 Apr, 2024
21:44
2057
25
126
Qəsəbə sakinləri: “13 ildir kanalizasiya problemi həll olunmur” - VİDEO
Bakının Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsinin sakinləri kanalizasiya problemindən əziyyət çəkirlər.
Onlar bildiriblər ki, sözügedən əraziyə su çəkilsə də, uzun illərdir kanalizasiya problemi həll olunmur.
“Burada hər bir şərait var, bircə kanalizasiya sistemi yoxdur, biabırçı gündədir. Yayda pis qoxudan həyətdə oturmaq olmur. Aidiyyəti qurumlara müraciət etmişik. 13 ildir çəkiləcək deyirlər, amma heç bir nəticə yoxdur. Ayrılan pullar hara gedir, bilinmir”, - qəsəbə sakini narazılığını bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək