30 
Apr
2024
14:50
166
13
2793
Virtual karabakh

Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI

30 Apr, 2024
14:50
2793

Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda 3 min avtobusu elektrikli avtobuslarla əvəz etmək hədəflənir”.

Bunu “Report”a Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev deyib.

Onun sözlərinə görə, Bakıda, Abşeronda bütün avtobuslar uzunmüddətli perspektivdə elektrikli avtobuslarla əvəz ediləcək:

“Xətdən çıxarılanlar regionlara göndəriləcək və uzunmüddətli perspektivdə regionlardakı da elektrikli avtobuslarla əvəz ediləcək”.

F.Əliyev deyib ki, elektrikli avtobusların gətirilməsi üçün müvafiq infrastruktur olmalıdır.

Nazirlik rəsmisi vurğulayıb ki, ölkədə reallaşdırılacaq elektrik avtobuslarının istehsalı layihәsindә İqtisadiyyat Nazirliyinə məxsus “Azәrbaycan İnvestisiya Şirkәti” ASC pay sahibi kimi iştirak edәcәk. Layihә üzrә Çinin BYD şirkәtinin yerli tәrәfdaşı “SARDA Group” şirkәtlәrinә mәxsus “Electrify Azerbaijan” MMC-dir. BYD Sumqayıt Kimya Sәnaye Parkında qurulacaq zavodda elektrik mühәrrikli avtobusların istehsalına ilkin olaraq 34 milyon ABŞ dolları investisiya qoymaq istəyir. Daxili tәlәbat vә ixrac imkanları nәzәrә alınmaqla illik istehsal hәcminin 500 әdәd olması nәzәrdә tutulur. Layihә çәrçivәsindә 800 yeni iş yerinin yaradılması planlaşdırılır.

“Hazırda Çinin 3 şirkətindən avtobuslar alınır və hansının yaxşı olduğu araşdırılır. Bu şirkətlərin avtobusları bir-birilərindən fərqlənir", - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri