Avq
2015
13:00
35
199
15727
Virtual karabakh

“Range Rover”in sürücüsü saxlanıldı - YENİLƏNİB + VİDEO + FOTO

4 Avq, 2015
13:00
15727

“Range Rover”in sürücüsü saxlanıldı - YENİLƏNİB + VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

DİN qəza ilə bağlı məlumat yayıb.

Piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü saxlanılıb. 

Oxu.Az DİN-in saytına istinadən xəbər verir ki, Sabunçu RPİ 13-cü əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də Firdovsi Xəlilovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “Range Rover” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Əbülfəz Abdullayev saxlanılıb.

Qeyd edək ki, KİV-də yayılan məlumata görə, “Range Rover”-un sürücüsü taksiyə əyləşərək hadisə yerindən uzaqlaşıb.

03.08.2015

DİN dünən Bakıda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb. 

Oxu.Az nazirliyin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakinləri Fəqan Umudovun idarə etdiyi “Range Rover” və Ağabala Hüseynovun idarə etdiyi “ZAZ” markalı avtomobillər toqquşub. 

“ZAZ” markalı avtomobildə yanğın baş verib, habelə idarəetməni itirən F.Umudovun avtomobili paytaxt sakinləri İsgəndər Qasımovun idarə etdiyi “Lexus” və Vahid Mövsümovun idarə etdiyi “Daewoo” markalı avtomobillərə çırpılıb.

Nəticədə A.Hüseynov və sərnişinlərindən nəvəsi Hüseyn Hüseynli hadisə yerindəcə ölüb, digər sərnişinlər isə xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

03.08.2015

Avqustun 2-də Bakının Sabunçu rayonunda bir neçə avtomobil toqquşub, nəticədə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində “Zaparojets” markalı avtomobil deformasiyaya uğrayıb və yanıb.

Avtomobilin sürücüsü Hüseynov Ağabala Baba oğlu hadisə yerində ölüb.

Xilasedicilər A.Hüseynovun meyitini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri