2 
May
2024
11:40
0
110
548
yuxarı
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
2 May, 2024
11:40
548
0
110
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
Bu ilin dörd ayında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus dəmir yolu keçidlərində 11 toqquşma hadisəsi baş verib.
Bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, hadisələr nəticəsində üç nəfər xəsarət alıb.
Məlumata görə, ötən ilin eyni dövründə də 11 hadisə qeydə alınıb, iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
“ADY bu cür halların qarşısını almaq üçün sürücüləri diqqətli olmağa, dəmir yolu keçidlərindən qaydalar çərçivəsində istifadə etməyə çağırır”, - deyə məlumatda qeyd olunub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək