May
2024
12:46
43
16
3163
Virtual karabakh

Sabahın hava proqnozu açıqlandı

2 May, 2024
12:46
3163

Sabahın hava proqnozu açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində mayın 3-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45% olacaq.

Sabah Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə arabir intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri