May
2024
18:02
120
15
3306
Virtual karabakh

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

2 May, 2024
18:02
3306

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Belə ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək.

İlk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək beş yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə Hövsan qəsəbəsi (MİDA) – metronun “28 May” stansiyası istiqaməti üzrə 120, Hövsan qəsəbəsi (Mərkəz) – metronun “28 May” stansiyası istiqaməti üzrə 120E, Hövsan qəsəbəsi (MİDA) – Əhmədli metro stansiyası istiqaməti üzrə 121E, Şüvəlan qəsəbəsi – metronun “Koroğlu” stansiyası istiqaməti üzrə 140, Mərdəkan qəsəbəsi – metronun “Koroğlu” stansiyası istiqaməti üzrə 140E nömrəli müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib. Ekspres marşrutlar sərnişin daşımalarının daha sürətli təmin edilməsinə şərait yaradacaq. Təşkil ediləcək marşrut şəbəkəsində yeni nömrələmə tətbiq ediləcək.

Yeni marşrut şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri