May
2024
18:40
126
73
2091
Virtual karabakh

Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA + YENİLƏNİB

4 May, 2024
18:40
2091

Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 4-ü saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qəbələ, İsmayıllı, Zaqatala, Şəki, Qax, Xaltan, Qrız, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Biləsuvar, Yardımlı, Lerik, Astaraya yağış, Şahdağa sulu qar yağıb.

Şərurda saat 13:55-14:15 radələrində dimateri 1 mm olan dolu düşüb.

Daşkəsən, Göygöl, Şəki, Qax, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18-22, Naxçıvan MR-da və Aran rayonlarında 22, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

11:14

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 4-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış, Şahdağda isə qar yağıb.

Düşən yağıntının miqdarı Qaxda 18, Culfada 17 mm, Ordubadda 15, Şahbuzda 14 mm, Naxçıvanda 13, Gədəbəy, Sədərəkdə 10 mm, Şəki, Göygöldə 9 mm, Qəbələdə 8 mm, Şahdağda 7 mm, Astara, Şəmkir, Balakən, Oğuz, Gəncə, Göyçay, Mingəçevir, Tərtər, Qrız, Zaqatala, Cocuq Mərcanlı, Tovuz, Ağdam, Qusar, Yevlax, Kürdəmir, Sabirabad, Cəfərxan, Naftalan, Şərur, Daşkəsən, İsmayıllı, Qobustan, Quba, Bərdə, Zərdab, İmişli, Lerik, Kəlvəz, Neftçalada 5 mm-dək, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.

Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Qax, Qrız, Şahdağ, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək, Naxçıvan MR-da 9-12, Aran rayonlarında 13-15, dağlıq rayonlarda 2-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri