Avq
2015
11:33
118
17
11942
Virtual karabakh

Evlənmək “ASAN”laşdı

4 Avq, 2015
11:33
11942

Evlənmək “ASAN”laşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Arayış pulsuz olacaq.

Nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər.

“ASAN xidmət”in mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, arayışın əldə edilməsi üçün nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər və nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surəti lazımdır.

Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində verilir və bunun üçün dövlət rusumu ödənilmir.

Qeyd edək ki, yalnız “ASAN xidmət” mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri