Avq
2015
16:29
23
186
10196
Virtual karabakh

Bakıda qəribə olay - YENİLƏNİB

5 Avq, 2015
16:29
10196

Bakıda qəribə olay - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həbs olunmaq istədi, polisə zəng vurdu.

Dünən Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq Neftçilər prospekti 131 ünvanında yerləşən "Park Bulvar" ticarət mərkəzində partlayıcı qurğu yerləşdirilməsi barədə yalan məlumat verən şəxs müəyyən edilib. 

Oxu.Az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar nəticəsində həmin şəxsin Kəlbəcər rayonundan məcburi köçkün, Suraxanı rayonunda məskunlaşmış 1970-ci il təvəllüdlü Allahverdiyev İsmayıl Həbib oğlu olması bəlliolub.

O, polis tərəfindən saxlanılıb.
 
İlkin dindirmə zamanı 45 yaşlı İ.Allahverdiyevin bir neçə nəfərə xeyli miqdarda pul borclu olması üzə çıxıb. O, ifadəsində qeyd edib ki, özü qəsdən polisə yalan məlumat verib və həbs olunmaq yolu ilə borc yiyələrindən bir müddətlik yaxa qurtarmaq istəyib.
 
Araşdırmalar davam etdirilir. 

04.08.2015

Bakının mərkəzində bomba həyəcanı yaşanıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda ictimai-iaşə obyektlərindən birində partlayıcı maddənin olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub və əraziyə baxış zamanı heç bir şübhəli əşya aşkar edilməyib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri