Avq
2015
12:55
108
53
8242
Virtual karabakh

Telman İsmayılovdan 200 milyon dollardan çox pul tələb edirlər

8 Avq, 2015
12:55
8242

Telman İsmayılovdan 200 milyon dollardan çox pul tələb edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İddia arbitraj məhkəməsinə daxil olub.

VTB qrupuna daxil olan “Bank Moskvı” Moskva Arbitraj Məhkəməsində azərbaycanlı iş adamı Telman İsmayılovun AST qrupuna daxil olan “KBF AST” MMC şirkətinə qarşı 213 milyon dollardan artıq məbləğin alınmasına dair iddia qaldırıb.

Oxu.Az xəbər verir ki, bu barədə cümə günü RİA Novosti-yə məhkəmədən bildiriblər.
Məlumata görə, iddia Arbitraj Məhkəməsinə iyulun 14-də daxil olub, iddia tələblərinin əsası hələlik məlum deyil və məhkəmə iddia üzrə ilkin dinləmələri avqustun 24-nə təyin edib. İşə üçüncü şəxs qismində “Ruslayn 2000” MMC cəlb olunub.

“Bank Moskvı” eyni zamanda cavabdeh şəxsin əmlakına həbs qoyulması şəklində təminedici tədbirlərin görülməsi iddiası ilə ərizə verib, lakin məhkəmə iddiaçının xahişini əsassız sayıb.

AST şirkətlər qrupuna nəzarət edən və Rusiyanın zəngin biznesmenləri reytinqinə daxil olan sahibkar İsmayılov, 2009-cu ildə öz əsas aktivi – paytaxtda ən iri kiçiktopdan satış mərkəzi olan Çerkezov bazarının fəaliyyətinə dair hüquq-mühafizə orqanalrı tərəfindən irimiqyaslı iddialar ilə qarşılaşıb. Bazar sanitar nəzarət orqanlarının oarda çoxsaylı qayda pozuntuları aşkar etdikdən sonra bağlanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri