13 
Avq
2015
13:50
24
224
36138
Virtual karabakh

Göygölün ilk zibilləri – FOTO

13 Avq, 2015
13:50
36138

Göygölün ilk zibilləri – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yüksək cərimələr kömək etmir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda Göygöl Milli Parkına turistlərin girişinə qoyulmuş məhdudiyyətlər aradan götürülüb.

Belə ki, artıq bu gün turistlərin Azərbaycan təbiətinin incisi olan Göygölə səyahət etməsi reallaşıb, ərazidə istirahət etmək üçün uyğun şərait yaradılıb.

Bir müddət əvvəl Milli Parkın ərazisinə girişə olan məhdudiyyətin götürülməsi barədə Oxu.Az-a açıqlama vermiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə olunan Təbiət Əraziləri Departamentinin direktor müavini Hikmət Əlizadə 2008-ci ildən tətbiq olunan məhdudiyyətin ərazinin çirklənməsi ilə bağlı olduğunu demişdi.

H.Əlizadənin sözlərinə görə, Göygöl müəyyən vaxtlarda atropogen təsirə, istismara məruz qalmışdı:

“Əraziyə daxil olan bəzi vətəndaşlar gölü çirkləndirir, ağacları qırırdılar. Bununla əlaqədar təbiətin bərpası üçün ora turistlərin girişinə məhdudiyyət qoyulmuşdu”.

Şöbə rəisi bildirmişdi ki, Göygöl Milli Parkını çirkləndirən turistlərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq böyük məbləğdə cərimələr tətbiq olunacaq:

“Ərazi vətəndaşların çirkləndirməməsi üçün tam nəzarətə götürülüb. Müxtəlif yerlərdə zibil qutusu quraşdırılıb, Milli Parkın ərazisinə daxil olan turist qruplarına pulsuz zibil torbası verilməsi nəzərdə tutulub”.

Bu barədə xəbərin yayılmasından sonra sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri Göygölə səfər edəcək vətəndaşların, sakinlərin təbiətin bu gözəl incisini çirkləndirəcəyi ilə bağlı idi.

Sosial şəbəkə istifadəçiləri birmənalı olaraq bəyan edirdilər ki, tezliklə gölün ərazisi çirklənəcək, çünki “biz istirahət edə bilmirik”.

Çox böyük təəssüf hissi ilə qeyd etməliyik ki, bu, həqiqətən də belə oldu. Göygölə girişin açılmasından cəmi 2-3 gün ötsə də, artıq suyun üzərində ilk plastik butulkalar, digər zibili müşahidə etmək olar.

Təqdim edəcəyimiz şəkillər bu gün, Göygöldə səfərdə olan əməkdaşımız tərəfindən çəkilib.

Sabah isə Oxu.Az öz oxucularını Göygöldə yaradılmış şərait, təklif olunan qiymətlərlə bağlı ətraflı məlumatlandıracaq.

Elvin Əhmədov, Göygöl

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri