19 
Avq
2015
18:00
271
16
6689
Virtual karabakh

Sakinlər Nohur gölünü tullantılardan təmizləyirlər – FOTO

19 Avq, 2015
18:00
6689

Sakinlər Nohur gölünü tullantılardan təmizləyirlər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlar tez-tez bu cür iməcliklər təşkil edirlər.

Qəbələ rayonunun Nohurqışlaq kəndinin sakinləri Nohur gölündə iməclik təşkil ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə Minval.Az saytına sakinlərin özləri bildiriblər, onlar gölün ətrafını məişət tullantılarından təmizləyiblər.

Gənclərin iştirakı ilə aparılan bu iməclik, Göygöl milli parkını zibilləyənlərə özünəməxsus ismarıcdır. 

Məlumat üçün bildirək ki, kənd sakinləri bu cür iməclikləri tez-tez təşkil edirlər.

Xatırladaq ki, Göygöl milli parkı açıldığı gündən bəri cəmi bir həftə ərzində ora səfər edənlər ərazini tullantılara qərq ediblər. Belə ki, istirahət edənlər yemək qalıqları, su şüşələri və müxtəlif qida bağlamalarını zibil qablarına deyil, birbaşa gölə atırlar. Nəticədə ərazini elə zibilləyiblər ki, bu gün ərazini tullantılardan təmizləmək üçün Göygöl milli parkı bir neçə saat ərzində bağlanıb.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri