25 
Avq
2015
09:30
29
145
7959
Virtual karabakh

Terrorçular Bakı-Tbilisi-Ərzurum qaz kəmərini partlatdılar - VİDEO

25 Avq, 2015
09:30
7959

Terrorçular Bakı-Tbilisi-Ərzurum qaz kəmərini partlatdılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hücumda 20-yə yaxın yaraqlı iştirak edib.

Terrorçular Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Qars əyalətindən keçən hissəsində partlayış törədiblər.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışı “Kürdistan Fəhlə Partiyası”nın (PPK) yaraqlılarının törətdiyi müəyyənləşdirilib.

Partlayış bazar ertəsi axşam saatlarında Sarıkamış magistralı ərazisində baş verib. Hücumda 20-yə yaxın yaraqlı iştirak edib. Yerli televiziyanın məlumatına əsasən kəmər üzrə yanacağın nəqli dayandırılıb, yanğının söndürülməsi üzrə iş gedir.

Hadisə yerinə təhlükəsizlik qüvvələrinin hissələri gəlib. Ətraf rayonlar jandarm və hərbçilərin nəzarəti altına alınıb. Yaraqlılarla atışmaların getdiyi bildirilir. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri