16 
Dek
2013
12:40
7
16
3719
Virtual karabakh

Azərbaycanın uzunömürlü sakini vəfat etdi

16 Dek, 2013
12:40
3719

Azərbaycanın uzunömürlü sakini vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu ülfət həyatım boyu mənimlə qalacaq”.

Şamaxının yaşlı sakini, 113 yaşlı Narınc nənə dünyasını dəyişib. 

Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a Şamaxının millət vəkili Elxan Süleymanov məlumat verib.

1900-cü il təvəllüdlü Narınc Müzəffər qızı Nərimanova həyatının son günlərinə kimi doğulduğu Avaxıl kəndinin xeyrində və şərində yaxından iştirak edirmiş. Buna görə də yalnız bir nəslin deyil, bütöv bir elin ağbirçəyi sayılırdı...

“2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı onu daha yaxından tanımaq imkanım yarandı. Qısa bir müddət ərzində aramızda əsl ana-oğul ülfəti yarandı. Bu ülfət həyatım boyu mənimlə qalacaq. Narınc ananın vəfatı ilə bağlı bütün yaxınlarına, Avaxıl kəndinin sakinlərinə, eləcə də bütün şamaxılılara dərin hüznlə başsağlığı verirəm. ALLAH rəhmət eləsin!”- deyə Elxan Süleymanov bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri