16 
Dek
2013
15:40
25
56
11855
Virtual karabakh

Erməni Elnarəyə şeir yazdı – Video

16 Dek, 2013
15:40
11855

Erməni Elnarəyə şeir yazdı – Video

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nə fərqi var hansı millətdəndir, mənə dərin təsir bağışladı”.

Erməni yazıçı Lyubik Çibuxçyanın növbəti kitabı “Elnarə” adlanır.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu 173 səhifəlik mənzum əsərini yazar Azərbaycan müğənnisi Elnarə Abdullayevaya ithaf edib.

Lyubik Çibuxçyanın “Elnarə” kitabı iki həftə bundan əvvəl çapdan çıxıb. Yazıçı kitabı rus və erməni dillərinə tərcümə etdirmək istəyir.

Və nəhayət şairi daha bir kitab yazmağa Elnarə Abdullayeva ruhlandırıb.

Nə üçün Elnarə?

Bu sualla BBC Azərbaycancanın Ermənistan müxbiri telefonla İcevanda yaşayan Lyubik Çibuxçyana müraciət edib.

Lyubik Çibuxçyan deyir ki, ilk dəfə Elnarəni Azərbaycan televiziyası ilə yayımlanan konsertdə görüb:

“Bir klip göstərirdilər. Cavan qadın bülbül haqqında oxuyurdu (yəqin ki, Sərvər Şahbəylinin sözlərinə, Asif Kərimovun “A bülbül” mahnısı- A.M.). Sabahısı gün, iş yoldaşıma dedim, internetdə tapdı, bir neçə mahnısını dinlədim, çox xoşuma gəldi”.

İcevan Azərbaycanın Tovuz rayonu ilə həmsərhəd Ermənistanın Tavuş vilayətinin mərkəzidir. Burada Azərbaycan televiziya verilişlərini izləmək mümkündür.

Azərbaycan dilini hələ az-çox başa düşənlər hərdən “düşmən” ölkənin xəbərlər və başqa proqramlarını da izləyir, çoxları isə “doğma musiqi mədəniyyətinə yaxın və ürəyə yatan” Azərbaycan mahnılarını dinləyir.

- Başqa azərbaycanlı müğənniləri də dinləyibsinizmi? Necə oldu ki, məhz Elnarə sizə ilham verdi?

- Düz deyirsən, ilham verdi. Necə deyim, onun səsi, ifası mənə daha xoşdur. İndi, nə fərqi var – hansı millətdəndir, mənə dərin təsir bağışladı.

Kitabda gözəlliyə qəsidə, eşq-məhəbbət, dünya-kainat, təbiət ətrafında mücərrəd fəlsəfi mülahizələrlə yanaşı erməni-azərbaycanlı ixtilafına dair ötəri eyhamlar da nəzərə çarpır.

“Yazmışam ki, Elnarə can, Qarabağ haqqında oxuyursan, mənim Qarabağım deyirsən, sənin olsun – kim deyir ki, sənin deyil? – gəl sənətinlə, tar-kamanla Qarabağı al. Qoy kamança avtomat olsun, qaval da minaatan”, - Çibuxçyan qafiyələrə düzmüş sülhməramlı sətirləri ərz edir.

Kitabın finalı müəllifin qaibanə tanış olduğu gözəllə vüsal arzusunun əbəs xülya etirafı ilə sona yetir. (ermənicədən təxmini tərcümə)

Yasəmən vücudun - Tanrı sovqatı,

Qamətin bənzəyir gül budağına.

Rübab simləritək incə barmaqlar,

Kövrək ürəyimə yaxar yaralar.

Avazın məlhəmdir kövrək qəlbimə,

Həzin nəğmələrin salır tilsimə,

Səsinlə ucalır zil zirvəsinə,

Vüsal arzusuyla közərən ürək.

Günəş sönsə belə, yetsə axirət,

Dəyişmək olarmı yazdığın fələk?

Qəmli muğamında duyuram sənin

Həsrət asimanı dələn dağlara.

Amansız dövr edir zamanın çarxı,

Lyubik də gedərdi, tükənir vaxtı.

Bəlkə o dünyada bizim ruhlara

Vüsal qismət oldu, gözəl Elnarə.

Lyubik Çibuxçyanın əməyi Ermənistan rəhbərliyi tərəfindən diqqətsiz qalmayıb. O, dəfələrlə pul mükafatı və müxtəlif medallarla avtomobillə və üçotaqlı mənzillə təltif olunub, “Ermənistanın incəsənət xadimi” adına layiq görülüb.

Hazırda Lyubik Çibuxçyan Qarabağ müharibəsi veteranı general Manvel Qriqoryan üçün qəsidə üzərində işləyir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri